Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, Saray-Novxanı yolunun "VAZ dairəsi" kimi adlanan ərazisinə daha yaxın məsafədə yeni geriyə dönmə hissəsi yaradılıb.
Bu barədə 31 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilib.
Bildirilib ki, ərazidə zəruri yol nişanları quraşdırılıb və üfüqi nişanlanma xətləri çəkilib.