Mehriban Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Mehriban Sultanova bu vəzifəyə 2017-ci il aprel ayının 15-dən təyin edilmişdi.