top
Səttarxanın doğulduğu, mis yataqlarının istismar edildiyi şəhəri tanıyaq
24 noyabr 2024, 04:00
- ↺ +

Səttarxanın doğulduğu, mis yataqlarının istismar edildiyi şəhəri tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vərziqan (Vərzqan) şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərindən 70 kilometr aralıda yerləşir.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində “Vərziqan - Səttarxanı Azərbaycana bəxş etmiş bir şəhər” adlı məqalə hazırlayıb.

Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Vərziqan şəhəri əslində Vərziqan rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Xarvana, Üzümdil, Bəkirova, Ərəzil, Coşın və Dizmar kimi daha kiçik qəsəbələri və kəndləri ilə əhatə olunub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Vərziqan rayonunun əhalisi 52 600 nəfərə bərabərdir. Bu şəhərin əhalisi Azərbaycan türkcəsində danışır. Onlar müsəlman və şiədir.

Azərbaycanımızın bir çox şəhəri kimi Vərziqan rayonu da dağlıq bölgədə yerləşməkdədir. Əslində bu şəhər də, Əhər və Kəleybər kimi Qaradağ mahalından sayılır. Qaradağ bölgəsi çox soyuq, bəzənsə şaxta qışları və ilıq, sərin yayları ilə tanınır. Bu bölgənin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq, əsas məhsulları isə mərcimək, buğda və baldır.

Vərziqanın qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa nəzər

Bölgədə Urartu daş kitabələrinin olması bu şəhərin tarixinin eramızdan əvvəlki dövrlərə gedib çıxdığını göstərir. Tarixi qaynaqlara görə, Urartu dövləti (eramızdan əvvəl 860–547) güclü olduğu çağlarda bölgəni öz ərazisinin tərkib hissəsinə daxil edilib. Urartunun əsas ərazilərinə Azərbaycanın qərb şəhərləri daxil olsa da, bu imperiya gücünün pik dövründə Ərdəbil ətrafına qədər bütün torpaqları öz tabeçiliyinə keçirmişdi. Bu iddianın sübutu Sərab şəhəri yaxınlığında mövcud olan mixi yazı ilə yazılmış daş kitabələrdir. Vərziqanın yaxınlığında yerləşən Sığındıl daş kitabəsi də Urartu dövlətinin yadigarıdır və bu rayonun tarixinin daha qədim zamanlara gedib çıxır.


(Sığındıl daş kitabəsi)

Təəssüf ki, Vərziqan bölgəsinin tarixi ilə bağlı hərtərəfli elmi araşdırma aparılmayıb. Lakin qeyd etdiyimiz kimi, Sığındıl daş kitabəsinin bu bölgədə yerləşməsi, bu torpaqlarda çox qədim tarixi qalaların olması, arxeoloji qazıntılar nəticəsində İslamdan əsrlər əvvələ aid əşyaların tapılması, bölgədə fərqli tarixi dövrlərə aid abidələrin varlığı onu göstərir ki, bu bölgənin qədim tarixini araşdırmaq üçün zəruri olan əsas xam materiallar müəyyən dərəcədə mövcuddur.


(Qoşadaş petroqlifləri)

Bu petroqliflər kod hərflərinin, yazının, mesaj mübadiləsinin, dilin, tarixin, miflərin, incəsənətin və mədəniyyətin yaranmasının təməli sayılır. Onlarda ən çox təkrarlanan heyvan motivinin dağ keçisi olduğu da diqqətçəkicidir. Azərbaycanın əski mifologiyasında keçinin çox əhəmiyyətli yeri var. Hələ də Güney Azərbaycanda bayram ərəfəsində təkəmçilər kəndbəkənd dolanaraq bayramın gəlməsinin muştuluğunu verirlər. Təkəmçilik ənənəsinin əsas motivi isə yazın muştuluğunu gətirən keçidir.


(Coşın qalasının yerləşdiyi dağ)

Bu qalanın giriş pillələri oyma daşdan hörülüb. Qalanın qalıqlarından şərq və qərb tərəflərində, ehtimal ki, müşahidə üçün istifadə edilmiş iki böyük qayanı, su qayaların içərisində saxlamaq üçün qazılmış hövzələri və məşəl qoymaq üçün kiçik silindrik çuxurları qeyd etmək olar.


(Coşın qalası)

Başqa bir misal olaraq İslamdan əvvəlki dövrə aid olan Ağca Qalanı qeyd etmək olar. Təəssüf ki, Güney Azərbaycanın bir çox digər tarixi abidələri kimi, bu qala da ciddi şəkildə dağıdılıb və indi bu qaladan 8 dairəvi yarımsilindrik qüllə və 11 parça qalın və enli daş divar qalıb.

(Ağca Qalanın dairəvi qüllələrindən biri)

Vərziqan rayonunun Xarvana bölgəsində eyniadlı kəndin yanında yerləşən Göy Günbəz bu bölgənin digər tarixi abidəsi sayılır.

Güney Azərbaycan türklərinin cəsarət simvolu olan Səttarxan 20 oktyabr 1866-cı ildə Vərziqanın kəndlərinin birində dünyaya göz açıb. Onun doğulub boya-başa çatdığı ev hələ də öz yerində durur. Təəssüflər olsun ki, evin qorunub-saxlanılması ilə bağlı bir iş görülməyib, indiki vəziyyətdə isə xarabalıqdan başqa heç nə qalmayıb.


(Səttarxan, ilk sırada, sağdan 2-ci, Azərbaycan məşrutə hərəkatının fədailəri arasında)

Vərziqan rayonu Azərbaycanın əksər bölgələri kimi, ürəyində bənzərsiz xəzinələri olan ən məhrum yerlərdəndir. Bu saysız-hesabsız xəzinələr arasında təkcə Sünqün mis mədənini qeyd etmək kifayətdir. Təkbaşına dünya mis ehtiyatının bir, İranın mis ehtiyatlarının 52%-ni ödəyən ehtiyatların dəyəri 320 milyard dollar dəyərində qiymətləndirilir və bölgənin rifahı və inkişafı üçün kifayətdir. Amma təəssüflər olsun ki, yerli sakinlər bu nəhəng mis mədəninin istismarından heç bir fayda əldə etmir, əksinə ətraf mühit məhv edilir, yeraltı və yerüstü su qaynaqları çirklənir, təsərrüfatlara və bağlara ziyan vurulur. Belə ki, mədəndən çıxarılan xam materiallar yük maşınlarına yüklənib fars bölgələrinə (Kirman əyalətinə) aparılır. Halbuki bölgədə mis filizi emalı zavodları tikilsəydi, heç olmasa yerli sakinlər işlə təmin edilərdi. Lakin Azərbaycanın digər bölgələrinin əhalisinin, hətta yerli dövlət məmurların etirazlarına baxmayaraq, məsələ həllini tapmayıb.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər