Səudiyyə Ərəbistanı Essam bin Saleh Al Cutaylini Azərbaycana səfir təyin edib. Bu barədə 3 avqust tarixində Report məlumat verib.
Yeni səfir Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud qarşısında and içib.
Qeyd edək ki, diplomat Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri vəzifəsində sələfi Haməd bin Abdullah bin Səud bin Xudeyrini əvəz edəcək.