İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 25 may tarixində xəbər verir.
Təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.
Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".