Azərbaycana səfərə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib. Bu barədə 22 avqust tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanı salamlayıblar.
Azərbaycan nümayəndə heyətinin üzvləri Özbəkistan Prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidentnə təqdim olunublar.