Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın vəfatından 10 il ötür.
1935-ci ildə Bakıda dünyaya göz açan Səyavuş Məmmədağa oğlu Aslanov 12 yaşından dram dərnəklərində çıxış edib.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının uzun illər aparıcı aktyorlarından biri olan Səyavuş Aslan həmin mədəniyyət ocağının bədii rəhbəri vəzifəsində də çalışıb.
Teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə, 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan aktyor 1995-ci ildə “Şöhrət” ordeni ilə və 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ilin bu günü Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/06/Yol-ahvalati-1980.mp4"][/video]