Sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.
Bu barədə 26 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.
Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel yolun sözügedən kilometrliyindəki yol örtüyünü tamamilə yararsız vəziyyətə salıb.
Bundan başqa, Samux rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yenikənd-Poylu avtomobil yolunun 41-42-ci kilometrlik hissəsində yol örtüyünə və yol qurğularına ziyan vurub.
Təbii fəlakət baş verən ərazilərə Agentliyin canlı qüvvəsi və texnikası cəlb edilib. Yollarda yaranmış fəsadlar aradan qaldırılır.
[gallery link="file" columns="5" size="full" ids="127259,127258,127257,127256,127255"]