Cəbrayılda yük avtomobili aşıb. Bu barədə APA 12 may tarixində xəbər verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, Cəbrayıl rayonu ərazisində E.Balakişiyevin idarəsində olan "Shacman" markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Araşdırma aparılır.