Şirvanda sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnsanoid-ə bu gün, 25 fevral tarixində verilib.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb. Onun üzərindən təmiz çəkisi 865 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.