Şirvanda baş verən yol qəzasında xəsarət alanlar var. Bu barədə Report 20 dekabr tarixində xəbər verib.
Şirvan şəhərinin mərkəzində “Mercedes”markalı avtomobil digər avtomobillə toqquşub.
Qəza nəticəsində şəhər sakinləri: 22 yaşlı Rəşad Fərəcov, 29 yaşlı Cavanşir Fərzəliyev, 28 yaşlı Orxan Allahverdiyev, 34 yaşlı Elşən Allahyarov, 26 yaşlı Elnur Hüseynov və onun Hacıqabul sakini olan həmyaşıdı Fərid Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.