Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb. Bu barədə 13 dekabr tarixində APA məlumat verib.
2011-ci il təvəllüdlü Şirvan sakini Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub. Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.
O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Bakıdan ixtisaslı həkim dəvət olunub.
Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub. O, xəstəxanada keçinib.