Şirvanda müxtəlif növ silah-sursat tapılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
Hadisə ilə bağlı məlumat daxil olan Şirvan polisi tərəfindən hadisə yerinə baxış keçirilib. Bu zaman oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 19 ədəd patron aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.