Şirvanda avtomobil velosipedçini vurub. Bu barədə 9 dekabr tarixində APA məlumat verib.
Hadisə Şirvan şəhərinin dəmir yolu vağzalının qarşısında baş verib. BMW markalı avtomobil velosipedlə hərəkətdə olan 1967-ci il təvəllüdlü Şirvan sakini Qorxmaz Ağasən oğlu Quliyevi vurub.
Velosipedçi ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.