Şirvanda axşam saatlarında dəmir yolu relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar. Bu barədə 10 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.
Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.