Şirvan şəhərində tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıblar. Bu barədə 28 noyabr tarixində Report məlumat verib.
Ötən gün şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində “tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi” maddəsinə əsasən, protokollar tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.