Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə 8 avqust tarixində Report məlumat verib.
Hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfərov Səfər Fərhad oğlu qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.