Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Bu barədə 26 dekabr tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Ərazidə 1 ədəd avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.