Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Bu barədə 6 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 28 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.