Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov torpağa tapşırılıb. Bu barədə 6 may tarixində Oxu.az məlumat verib.
Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-dəa vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.
Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan reanimasyoniya tədbirlərinə baxmayaraq, 29.04.2023 tarixində bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.