Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Siyəzəndə dənizdə batan 3 yeniyetmənin də meyitini tapıblar. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
Nəzarətsiz ərazidə batmış 16 yaşlı Mehdi Manafov və 17 yaşlı Rəvan Bəşirzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Siyəzəndə 3 nəfər dənizdə batıb - 13:20
Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizdə bir neçə nəfər batıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
Rayonun Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfər batıb.
Dənizdə boğulanlar Zarat kənd sakinləri - 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı - Bakı sakini Nemət Əhmədovdur.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.
17 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirirlər.
Məlumatla əlaqədar əlavə məlumat veriləcək.