Siyəzən rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 20 noyabr tarixində Report məlumat verib.
Belə ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Qəribov Hüseynağa İsa oğlunu yolu keçərkən avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.