25-29 iyul tarixlərində Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında yüksək nəticə əldə edən cüdoçularımız Vətənə qayıdıblar. Bu barədə 31 iyul tarixində Report məlumat yayıb.
Cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 3 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla 9 medal, qarışıq komanda yarışlarında isə gümüş medal qazanıblar.
[gallery link="file" size="full" ids="123736,123737,123738"]