SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) fəaliyyətinin dayandırılması prosesinə başlayıb. Bu barədə 7 aprel tarixində Apa məlumat verib.
SOCAR-ın nümayəndəsi bildirib ki, zavodda modernləşdirilməsi layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır.
Onun sözlərinə gorə, NEZ-in fəaliyyəti dayandırıldığı üçün aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb.
Hər iki müəssisənin hansı müddətə dayandırılması ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir.