Cümə günü bir qrup Fələstin tərəfdarı Azərbaycanın neft şirkəti Socarın İstanbuldakı ofisinə hücum edib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Nevzat Şatıroğlu: ""SOCAR Türkiyə" ölkəmizə 18,2 milyard dollarlıq yatırım edib".
Onlar Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıb və bunun dayandırılmasını tələb ediblər.
Həmin şəxslər binanın divarlarına qırmızı boya töküb və içəri girməyə cəhd ediblər. Mühafizəçilər hücum edənlərin qarşısını almağa və onları binadan uzaqlaşdırmağa çalışıblar.
Türkiyənin “Haber Global” telekanalı özünü Fələstin tərəfdarı adlandıran bir qrupun “SOCAR”nin İstanbuldakı ofisinə hücumu barədə süjet hazırlayıb.
Hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışırlar.
Aksiyada iştirak edənlərin bir çoxunun Suriya və İraqda Türkiyəyə qarşı döyüşən terrorçu qruplaşmaların fəaliyyətini dəstəklədiyi məlum olub.