Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi 572 yanacaqdoldurma (YDM) məntəqəsi var. Bu barədə 12 aprel tarixində şirkətin Facebook səhifəsində məlumat verilib.
Qeyd edək ki, onların 42-si Azərbaycanda, qalanları isə Avropanın digər ölkələrində fəaliyyət göstərir. Ən çox YDM İsveçrədədir. Orada şirkətin 200 YDM-i və 8 elektrik yükləmə məntəqəsi var. Gürcüstanda 108 YDM, 13 xidmət mərkəzi və 3 neft terminalı mövcuddur. Avstriyada 82, Rumıniyada 67, Ukraynada 59 (2 elektrik yükləmə məntəqəsi), Türkiyədə isə 14 YDM fəaliyyət göstərir.
![]()