Azərbaycan Respublikası hökumətinin tapşırığı ilə SOCAR tərəfindən Ukraynaya 100 tondan artıq yanacaq hədiyyə edilib. Bu haqda aprelin 11-də SOCAR Energy Ukraine şirkətindən məlumat verilib.
Yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.
Əsası 2008-ci ildə qoyulan “SOCAR Energy Ukraine” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə şirkətidir. Hazırda SOCAR-ın sözügedən dövlətin 11 vilayətində 55 yanacaqdoldurma kompleksi fəaliyyət göstərir.