Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaların qurbanı olub. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.
Bu barədə 20 iyun tarixində Report xəbər verir.
Qeyd olunub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), ANAMA və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı ilə birlikdə mina qurbanlarına dəstəyin artırılmasına və beynəlxalq minatəmizləmə standartlarının təşviqinə diqqət yetirilir.