Sosial Xidmətlər Agentliyinin sədri Şəmkirdə vətəndaşlarla görüş keçirəcək. Bu barədə agentlikdən məlumat verilib.
Görüş noyabrın 14-də Şəmkir şəhərində, Şəmkir və Gədəbəy rayonlarının sakinləri üçün keçiriləcək.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar noyabrın 12-dək (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.