Sumqayıtda mikroavtobusun vurduğu qadın xəstəxanada ölüb. Bu barədə Report 22 avqust tarixində xəbər verib.
Hadisə iyulun 29-da Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində baş verib.
Seyhun Əliyevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus hərəkətdə olan zaman piyadalar - Raziyə Əhmədova və Mehparə Əhmədovanı vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Lakin R.Əhmədova avqustun 21-də müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.