Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən “Araz su” içməli su emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 5 may tarixində xəbər verib.
Baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub.
Eyni zamanda “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
[caption id="attachment_114871" align="alignnone" width="696"]
Foto AQTA-nın rəsmi saytı[/caption]