top
Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsinə başlanılıb
26 aprel 2023, 06:57
- ↺ +

Sudandan 26 Azərbaycan vətəndaşının təxliyəsinə başlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu barədə 26 aprel tarixində Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının Türkiyə Respublikasının dəstəyi ilə - üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.

“Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, - məlumatda bildirilib.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin qaynar xətti: +201010271387

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər