Bakıda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açıb. Bu barədə Oxu.az 13 yanvar tarixində xəbər verib.
İddialara görə, hadisə 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.
“Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü Elşən Şövkət oğlu Abdullayev daşıyıcı şirkət “Xaliq Faiqoğlu” tərəfindən artıq xətdən kənarlaşdırılıb, əmrinə xitam verilməsi qərara alınıb”.