Sumqayıtda mağazada yanğın olub. Bu haqda martın 17-də APA məlumat yayıb.
42 m² olan geyim mağazasının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan sahəsi 19 m² olan dönərxananın lambirindən ibarət tavanı əriyib.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.