Sumqayıtda ağackəsmə ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib. Bu barədə aprelin 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Belə ki, vətəndaş Zahid Əliyev şəhərin Heydər Əliyev prospekti, 22-ci məhəllədə olan ağacları kəsib və təbiətə 4 320 manat məbləğində ziyan vurub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə Nazirlikdən bildirilib.