Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib. Bu barədə 8 dekabr tarixində APA məlumat verib.
Bu, dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclasında məlum olub.
Nazir Fərid Qayıbovun sədrliyi ilə təşkil olunan iclasda səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı", Sumqayıt şəhəri isə 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.