Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb. Bu barədə İnsanoid "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Bu gün saat 07:50-də həyata keçirilən reysin gecikməsinə səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.