Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Bu barədə İnsanoid 14 dekabr tarixində xəbər verir.
Günün yeganə matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gələcək.
Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 15:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, Gəncə klubu 13 xalla 9-cu pillədə qərarlaşıb.
XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.