Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 71 nömrəli çoxmərtəbəli binada partlayış baş verib. Bu barədə 6 noyabr tarixində Report məlumat verib.
Ümumi sahəsi 75 kvadratmetr olan üçotaqlı mənzilin eyvanında ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Babayev Cavanşir Yaşar oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Partlayış dalğasının zərbəsindən eyvanın lambirindən ibarət tavanı 4 kvadratmetr sahədə dağılıb, aynabəndin pəncərə çərçivələri yerindən çıxıb və binanın həyətində olan “VAZ-2107” markalı avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.