Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat" MMC-nin baş direktoru Fikrət Orucov vəzifəsindən azad edilib. Bu barədə Report 5 iyun tarixində xəbər verib.
Bununla bağlı İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb.
Digər əmrlə Sirac Səfərov "Sumqayıt Nəqliyyat"ın yeni baş direktoru təyin olunub.
"Sumqayıt Nəqliyyat" 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.