Sumqayıt-Pirşağı-Bakı istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 28 dekabr tarixində məlumat verir.
Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq "Azərişıq" ASC tərəfindən aradan qaldırılıb.