Hacıqabul rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 28 oktyabr tarixində məlumat verir.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobili nəzarət qaydasında saxlayıblar. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.
Eyni zamanda polis əməkdaşları avtomobilə baxış zamanı oradan metamfetamin və marixuana aşkar edərək götürüblər.