Sumqayıt sakinini aldadaraq hesabına 2 000 manat ödətdirən şəxs saxlanılıb. Bu barədə 5 noyabr tarixində Report məlumat verib.
Binəqədi rayonunda polis şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2 000 manat ödətdirməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.