Sumqayıt şəhər sakinlərində silah-sursat aşkarlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
39 yaşlı Yaqub Dadaşovun üzərində 1 ədəd “Kalaşnikov” markalı AKMS avtomatı, 1 ədəd daraq və 30 ədəd 5.45 mm güllə aşkar edilərək müsadirə edilib.
Bundan başqa, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Əhmədov Mirzəqulu Akif oğlunun üzərində 1 ədəd “Kalaşnikov” avtomata aid patron tapılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.