Elnur Azadxanov Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
O, bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) şəhərində doğulub. O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2006-cı ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin “Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə ixtisaslaşma təhsili alıb.
E.Azadxanov Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.