Sumqayıt və Abşeronun bir hissəsində suyun verilişində fasilə olacaq. Bu barədə İnsanoid Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən bu gün, 30 avqust tarixində xəbər verir.
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Sumqayıt şəhərinin bir hissəsinə, Yeni Yaşma, Hacı Zeynalabdin Tağıyev, Müşfiqabad qəsəbələrinə, Abşeron rayonunun kiçik bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.