Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 24 avqust tarixində məlumat verir.
"Sumqayıt-Yaşma" magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır.