top
Sumqayıtda 10 minə yaxın sakinin yaşadığı ərazini su basıb
07 dekabr 2023, 00:50
- ↺ +

Sumqayıtda 10 minə yaxın sakinin yaşadığı ərazini su basıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda məhəllələrdən birində yerləşən 100-dən çox ev su altında qalıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.

Sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər.

Acıdərə kanalının daşması nəticəsində Sumqayıt şəhərinin 76-cı məhəlləsinin 10 minə yaxın sakini hazırda çətin vəziyyətdə yaşayır. Kanalın suyu evlərə dolub. Hətta bəzi sakinlər məcbur olaraq, məhəlləni tərk ediblər.

Yaşadığı mənzilin zirzəmisinə su dolan Rəhilə Məhərrəmova: "15 ildir burada yaşayıram. Heç vaxt belə hadisə olmazdı. Amma bu ay üçüncü dəfədir ki, kanal daşır. Bu evdə körpə uşaqlar böyüyür. Vəziyyətlə əlaqədar onları məktəbə də göndərmirik”.

Digər sakin Nazim İlyasov da evinin birinci mərtəbəsinin tamamilə su altında qaldığını deyib.

Mövzu ilə bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, Acıdərə kanalı sovet dövründən mövcud olub və sənaye sularının kənarlaşdırılması məqsədilə fəaliyyət göstərib. Sonradan kanal ətrafında evlərin tikilməsi, yeni massivlərin salınması kanala axıdılan tullantıların həcmini artırıb və bu da bəzi vaxtlarda, xüsusən də yağışlı günlərdə həmin ərazidə müəyyən problemlərin yaranmasına səbəb olur.

"Qeyd edim ki, həmin kanala "Azərsu" ASC tərəfindən xidmət göstərilmir. Yəni kanal bizim balansımızda deyil. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və vətəndaşların müraciəti əsasında hər hansı problem olanda biz də icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və əhaliyə dəstək olaraq ora texnika yönəldirik. Müəyyən texniki təmizləmə işləri həyata keçiririk”, - deyə A.Cəbrayıllı vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev isə qeyd edib ki, Acıdərə kanalının şəhərin mərkəzindən keçən hissəsində işlər artıq yekunlaşıb. Kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib. Bu istiqamətdə işlərin aparılması, yəni açıq olan hissələrdə də boruya salınma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

[caption id="attachment_154411" align="alignnone" width="300"]Sumqayıt kanal Foto Report.az saytı[/caption]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər