Sumqayıtda azyaşlını avtomobil vurub. Bu barədə APA 25 dekabr tarixində xəbər verib.
Şəhərin Çerkassi küçəsində “KİA” markalı avtomobil yolu keçmək istəyən 12 yaşlı Xədicə Soltanovanı vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yük maşınına çarpılıb.
Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi qiymətləndirilir.
Fakt araşdırılır.