Sumqayıt sakini dəm qazından boğularaq ölüb. Bu barədə Report 13 fevral tarixində xəbər verib.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində 2008-ci il təvəllüdlü Nurəliyeva Fatimə Elvin qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.